Azərbaycanın ən məşhur filmi “Ulduz”a ikinci nəfəs

02 Dekabr, 2019 11:36 | Mədəniyyət | Baxış sayı: 234
Ulduz filmi
Ulduz filmi

Filmi “Balans” milli rəqəmsal studiyası bərpa edib

2020-ci ildə ölkəmizdə ən çox sevilən, demək olar ki, xalq filmi olmuş “Ulduz” filminin ekranlara çıxmasının 50 illiyi qeyd olunacaq. Film 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında rejissor Ağarza Quliyev tərəfindən “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Filmdə məşhur aktyorlar - Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov, Bahadur Əliyev və digər məhşur sənətkarlar filmdə rol almışdır.

“Balans” milli rəqəmsal studiyası xalqın sevgisini qazanmış, ən baxımlı filmlərdən biri olmuş “Ulduz” filmini 50 illik yubileyi münasibətilə bərpa edib. 

Dekabrın 3-də saat 19:00-da Nizami Kino Mərkəzində “Ulduz” bədii filminin yenilənmiş versiyası tamaşaçılara təqdim olunacaq. Nəzərinizə çatdırırıq ki, filmin nümayişinə giriş sərbəstdir.