"Savaşçı"dan gözyaşardan Azərbaycan səhnəsi VİDEO

02 Dekabr, 2017 11:15 | Mədəniyyət | Baxış sayı: 688
"Savaşçı" serialından kadr
"Savaşçı" serialından kadr

"Borbo berelilər" Qarabağ yazdı

Azərbayacan bayrağı ilə bağlı səhnələri ilə böyük marağa səbəb olan "Savaşçı"dan daha bir dəstək. İstiPress-in məlumatına görə, 22-ci seriyasında qollarına türk bayrağı ilə yanaşı Azərbaycan bayrağı da yapışdıran serialın qəhrəmanları bu dəfə erməni işğalında olan Qarabağla bağlı səhnədə yer alıblar. Filmin növbəti seriyasının anonsu yayılıb. Anonsda deyilir: 

"Kılıç briqadası əməliyyata bir qolunda türk, bir qolunda Azərbaycan bayrağı ilə çıxdı. Bu qardaş olmağın gərəyidir. Bəlkə də dünyanaın atəş altında ən çox qalan ordularına sahibik. Türkiyə illərdir PKK terrorçuları, Azərbaycan isə başda Qarabağ olmaqla bir çox problemlərlə mübarizə aparır. Bu dövlətlər arzuladığı hədəflərə mütləq çatacaq". 

Xatırladaq ki, serialda bütün dünyaya səs salan türk xüsusi təyinatlılarının - "borbo berelilər"in qəhrəmanlıqların bəhs edilir.  Üstün bacarıqları, peşə borcu və vətənə sevgisi ilə seçilən "Qılınc briqadası" (Kılıç Timi) ölkənin ehtiyacı olduğu hər qaynar nöqtədə çalışmağa hazırdır.

Serialda Berk Oktay, Yıldız Çağrı Atiksoy, Murat Serezli, Fırat Albayram kimi məşhur akyorlar yer alıblar. Filmin qeyd edilən seriyası bu bazar saat 20:00-da FOX tv-də yayımlanacaq.