Tilda Suinton "Harry Potter"də bəyənmədiyi cəhətləri göstərdi

02 Dekabr, 2016 01:47 | Mədəniyyət | Baxış sayı: 3
Tilda Suinton "Harry Potter"də bəyənmədiyi cəhətləri göstərdi
Tilda Suinton "Harry Potter"də bəyənmədiyi cəhətləri göstərdi

T.Suinton: "İnternat məktəblərində bu cür istedad aşılanılmır"

Bu günlərdə Hollivud ulduzu, aktrisa Tilda Suinton "Harry Potter" fim-seriyasını bəyənmədiyini gizlətməyib və o bunu konkret səbəblə izah edir.

İstiPress-in "CBS News"a istinadən verdiyi xəbərə görə, sonuncu dəfə çəkildiyi "Doktor Strenc" filmi ilə növbəti dəfə populyarlaşan aktrisa cadugərliyə və sehirbazlığa qarşı olmadığını deyir. O sadəcə, internat məktəbin gücündən bəhs edən bədii ədəbiyyatı sevmir.

T.Suinton jurnalistlərə açıqlamasında bildirib ki, yeniyetmə vaxtlarında o da Londondakı internat məktəblərin birində təhsil alıb və oranın mühitini daha çox "cəhənnəm" və "olduqca qapalı tənhalıq" anlayışları ilə ifadə edib.

"Buna görə də "Harry Potter" kimi belə məkanların mühitini romantikləşdirən filmləri sevmirəm", - aktrisa belə deyib.