Qara Qarayevin ev muzeyi açıldı

02 Oktyabr, 2018 12:12 | Mədəniyyət | Baxış sayı: 14
Qara Qarayevin ev muzeyi
Qara Qarayevin ev muzeyi

Bəxtəkarın oğluna “Xalq artisti” vəsiqə və nişanı da təqdim edilib

Bakıda dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin Bakı şəhərində ev-muzeyinin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ev-muzeyinin açılması münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu gün Qara Qarayevin ev-muzeyinin açılması dahi bəstəkarın yaradıcılığına böyük bir hədiyyədir.

Çıxışlardan sonra ev-muzeyinin açılışı olub. Bəstəkarın qızı, tanınmış pianoçu Züleyxa Qarayeva qonaqları mədəniyyət ocağı ilə tanış edib.

Tədbir iştirakçılarına Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş qısa oçerklərdən ibarət kitab və disk təqdim olunub.

Mərasimdə həmçinin Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva prezident İlham Əliyevin sərəncamı ilə dahi bəstəkarın “Xalq artisti” fəxri adına layiq görülmüş oğlu, professor Fərəc Qarayevə yüksək fəxri adın vəsiqə və nişanını təqdim edib.