Azərbaycanlı qız türkləri məst etdi VİDEO

02 May, 2018 11:28 | Mədəniyyət | Baxış sayı: 435
Nahidə Babaşlı
Nahidə Babaşlı

İzlənmə sayı milyonu keçdi

Azərbaycanlı qız türkləri heyran etdi. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Nahidə Babaşlı adlı gənc qızın son ifası mətbuatda sürətlə yayılır.

Nahidə bir müddən öncə dünyasını dəyişən məşhur müğənni Murat Göğebakanın "Ay Yüzlüm" mahnısını səsləndirib. Azərbaycanalı qızın ifasında səslənən mahnı türkləri o qədər məst edib ki, onun haqqında hətta mətbuat da yazır. 

N.Babaşlı müntəzəm olaraq öz ifalarını "YouTube" portalına yerləşdirir. Onun son ifası da məhz "Ay Yüzlüm" olub. İfanı bir neçə gün ərzində izləyənlərin sayı 1,5 milyona yaxınlaşıb. 

İstiPress türkləri məst edən ifanı təqdim edir: