Azərbaycanda da sevilən cütlük körpələrinə ad tapdılar

02 Mart, 2019 11:35 | Mədəniyyət | Baxış sayı: 127
Burak Özçivit və Fahriye Evcen
Burak Özçivit və Fahriye Evcen

Apreldə doğulacaq uşağın adı bəllidir

Azərbaycanda da nəhəng pərəstişkar ordusuna sahib olan məşhur türk cütlük övladlarının adını seçiblər. Söhbət Burak Ozçivitlə Fahriyyə Evcendən gedir.

7,5 aylıq hamilə olan F.Evcen aylardır ad məsələsində qərarsız qalmışdı. Cütlük övladlarının cinsiyyəti bilindən sonra da ortaq məxrəcə gəlməkdə çətinlik çəkirdilər. Nəhayət qərarsızlıq bitdi - qısa müddət sonra doğulacaq uşaq "Karan" adlandırılacaq. 

Ad seçimindən sonra aktyor maşının nömrəsini də dəyişib. O, sadə seriyasını KAR ilə əvəz edib. 

Karanın aprel ayının ortasında doğulacağı gözlənilir. Doğuş Türkiyədə - Nişantaşındakı özəl xəstəxanalardan birində olacaq. 

Xatırladaq ki, "Karan"- qəhrəman, ürəkli, igid mənasına gəlir.