Keçmiş birinci xanımın kitabı bestseller oldu

01 Dekabr, 2018 15:35 | Mədəniyyət | Baxış sayı: 64
Barak Obama və Mişel Obama
Barak Obama və Mişel Obama

Memuarlar 2 milyon nüsxədən çox satılıb

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama memuarlar kitabı yazıb. "Təşəkkül" adlanan kitab bu il Amerikada ən çox satılan nəşr olub. Belə ki, satışa çıxdığı ilk həftədə 1,4 milyon nüsxə alınıb. Bu günki günə kimi isə kitab satışı ABŞ və Kanadada iki milyon nüsxəni də keçib. 

Bu kitab iki həftədir ki, bestseller siyahısına başçılıq edir.

"Təşəkkül" nəinki ABŞ-da, həm də onun sərhədlərindən kənarda da çox məşhurlaşıb. Xanım Obamanın əsəri Avropada belə ən çox satılanlar sırasındadır. 

Bu kitabda Mişel Obama uşaqlıq və gənclik illərindən, eləcə də birinci xanım olduğu dövrdən bəhs edib.

Xatırladaq ki, Obama cütlüyü bir meddət öncə memuarlarının yazılması ilə bağlı müqavilə imzalamışdılar. Onların müqaviləsinin avans dəyəri 60 milyon dollar idi.