Emin Ağalarovdan Leylaya təşəkkür FOTOLAR

01 Dekabr, 2018 10:01 | Mədəniyyət | Baxış sayı: 131
Əli və Mikayıl Ağalarovlar
Əli və Mikayıl Ağalarovlar

Bu gün prezidentin nəvələrinin 10 yaşları bitir

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin əkiz nəvələrinin ad günüdür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə müğənni-bəstəkar Emin Ağalarovun övladları olan Əli ilə Mikayılın 10 yaşları bitir. 

Əkizləri valideynləri onları "İntagram" səhifələrindən təbrik ediblər. E.Ağalarov onların körpəlik fotolarını yerləşdirərək "10 il meteorit kimi keçdi. Bütün uşaqlar xoşbəxt olsun. Leyla, bu möcücələrə görə çox sağ ol", deyə qeyd edib. 

L.Əliyevanın adını daşıyan səhifədə də əkizlər təbrik ediliblər. "Qoy sizin həyatınızda bütün xoşbəxtliklər ikiqat olsun. Uğurlarınız ikiqat artsın". 

Leyla Əliyeva övladları ilə
Leyla Əliyeva övladları ilə