Məşhur aktrisanın övladlarını görənlər gözlərinə inanmadı FOTO

01 Oktyabr, 2019 16:58 | Mədəniyyət | Baxış sayı: 215
Ancelina Coli və ailəsi
Ancelina Coli və ailəsi

Colinin ən məşhur filminin ikinci hissəsi hazırdır

Son bir neçə ildə adı qalmaqallı boşanma prosesində hallanan Ancelina Coli yeni filmini təqdim edib. Dünya şöhrətli aktrisanın baş rolunu ifa etdiyi "Malefisenta"nın ikinci hissəsi çəkilib. 

"Maleficent: Mistress Of Evil Mistress Of Evil"adlanan filmin təqdimatına ulduz övladları ilə birlikdə qatılıb. Onu beş uşağı müşayiət edib. Böyük oğlu Cənubi Koreyada təhsil aldığı üçün o Kaliforniyadakı təqdimatda olmayıb. 

Təqdimata qatılan aktrisanın övladlarının analarının boyuna çatdığı diqqətdən qaçmayıb. Onunla birlikdə dünya təqdimatının qırmızı xalısına Maks, Şilo, Zahara və əkizləri Vivienne ilə Leon çıxıb. Colinin Bred Pitt ilə evlilikdən olan övladları valideynlərinə bənzərlikləri də diqqət çəkiblər.  Gecədə onu yanlız buraxmayanlar arasında uzun müddət küsülü olduğu və yeni barışdığı atası da olub. 

Xatırladaq ki, adıçəkilən filmin ilk hissəsi  2014-cü ildə çəkilib və dnüya miqyasında böyük uğur əldə edib.