Homoseksual ifaçı müjdəni tədbirdə verib
Dünya şöhrətli müğənni 4-cü dəfə övlad sahibi olmağa hazırlaşır. Bir neçə il öncə homoseksual olduğunu açıqlayan və həmcinsi ilə evlənən Riki Martin 4-cü dəfə valideyn olacaq.
47 yaşlı Martin ilə "həyat yoldaşı", 35 yaşlı aktyor müjdəni qatıldıqları bir dəvətdə veriblər. Martin “ailəm buradadır. Həyat yoldaşım Jvan, səni sevirəm. Məni gözəl əkizlərim Valentino və Matteo, sizləri bütün qəlbimlə sevirəm. Siz mənim ilham qaynağımsınız. 8 aylıq qızım Lusia sən mənim həyatımın işığısan. Bu arada daha bir körpə gözlədiyimizi elan etmək istəyirəm. Böyük bir ailə arzu edirik", deyə bildirib.