Xərçəng olan Azərbaycanın əməkdar artisti vəfat etdi

01 Avqust, 2018 13:29 | Mədəniyyət | Baxış sayı: 768
Yas çadırı
Yas çadırı

Bu barədə Hacı Nuran məlumat verib

"Azərbaycan respublikasının əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqov dünyasını dəyişdi. Böyük sənətkarımızı itirdik". İstiPress-in məlumatına görə, bu barədə məlumatı aparıcı Hacı Nuran verib.

O, əməkdar mədəniyyət işçisinin 67 yaşında vəfat etdiyini qeyd edib. Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkib. Mərhum Salyan şəhərində dəfn ediləcək. 

Həsənağa Sadıqov 1950-ci il dekabırın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır. 

Həsənağa Sadıqov Azərbaycanın ən məşhur musiqiçilərindən hesab edilir. Əksər musiqi alətlərində ifa edə bildiyi üçün dövrünün məşhur musiqiçiləri onu "orekestr adam" adlandırıblar.

O, Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib.

1988-ci ildə Həsənağa Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Onun köməklik və təşəbbüsü ilə “Mahirlər” ailə ansamblı yaradılıb.

Allah rəhmət eləsin!