"Kurtlar Vadisi"nin aktyoru koronavirusdan öldü

01 Aprel, 2020 11:38 | Mədəniyyət | Baxış sayı: 157
Aktyor
Aktyor

Həkimlər 10 gün onu xilas etməyə çalışıblar

Türkiyənin tanınmış simalarından biri də koronavirus qurbanı olub. İstanbul Kadıköydə yaşayan "Kurtlar Vadisi Pusu" serialında "Ordinaryüs" xarakterini canlandıran Turhan Kaya 69 yaşında keçinib.

Aktyor 10 gün öncə kəskin öskürək şikayəti ilə xəstəxanaya müraciət edib. Bir müddət həkimlər onun həyatını xilas etmək üçün mübarizə aparsalar da, cəhdlər nəticəsiz qalıb.

Aktyorun təmasda olduğu şəxslər də yoxlanışdan keçiriliblər. Lakin onların heç birində virus aşkar edilməyib. Ailənin iddiasına görə, Kaya virusa xəstəxanada yoluxub. 

Turhan Kaya Azərbaycanda da böyük izləyici kütləsi olan "Min bir gecə", "Çemberimdə gül Oya" seriallarında da rol alıb.