"I Əməliyyatı"nın ulduzu öldü FOTO

01 Fevral, 2019 09:17 | Mədəniyyət | Baxış sayı: 166
Valentina Berezutskaya
Valentina Berezutskaya

"Şurik"in rəfiəsinin meyitini həkimlər və polis tapıb

Sovet İttifaqının ən məşhur aktrisalarından biri dünyasını dəyişib. İstiPress-in məlumatına görə, söhbət Rusiyanın əməkdar artisti Valentina Berezutskayadan gedir. O,  86 yaşında vəfat edib.  Bu barədə "Rossiya K" kanalı ("Mədəniyyət") öz "Twitter" səhifəsində məlumat yayıb. Məlumata görə, aktrisanın ürəyində problem olub. 

Berezutskaya Moskvadakı evində keçinib. Əməkdar artist uzun müddət qonşularına qapını açmayıb. Bundan sonra qonşular təcili yardım xidməti və sahə müvəkkilini çağırıblar. Meyiti də məhz onlar aşkar ediblər. 

Aktrisa sovet dönəmində lentə alınan bir çox ekran işində rol alıb. Onların arasında ən tanınmışları isə "Durnalar uçur", "I əməliyyatı və Şurikin məcəraları", "Əsgər haqqında ballada", "Gündüz gözətçisi" və s. olub.