Sabahdan minimum maaş qalxır

31 Avqust, 2019 12:06 | İqtisadiyyat | Baxış sayı: 308
Azərbaycan manatı
Azərbaycan manatı

Minimum əmək haqqı 180 manatdan 250 manata çatır

Sabahdan ölkə əazisində minimum əmək haqqı artır. Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamı iyun ayında imzalayıb.  

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin. Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 180 manat təşkil edib.

Oktyabrın 1-dən isə  əmək pensiyasının minimum məbləği 160 manatdan 200 manata çatdırılacaq.