"Bloomberg" xərclədiyi milyonlarla Londonu şoka salan azərbaycanlı bankir ailəsindən yazdı

31 İyul, 2019 09:00 | İqtisadiyyat | Baxış sayı: 122
Zamirə Hacıyeva
Zamirə Hacıyeva

Cahangir Hacıyevə çirkli pulları yumağa kömək edən şirkətlərin də adı açıqlandı

Amerikanın media nəhəngi "Bloomberg" mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və milyonlar xərcləməsi ilə Londonda barəsində aparılan həyat yoldaşı Zamirə Hacıyeva, eləcə də onların qızları Leyla Mahmudova, Azərbaycandan pullarını çıxarmağa kömək edən şirkətləri barəsində qalmaqallı məqalə yazıb.

Nəşr qeyd edir ki, 2003-2015-ci illərdə Zamirə Hacıyeva Londonda sərvət xərcləyib. Onlar Londonun elit rayonunda mülkə 11,5, klub və qolf üçün meydançaya 10,5 milyon funt sterlinq xərcləyiblər.  "Gulfstream" təyyarəsi alıblar. Buna 42,5 milyon dollar ödənilib. "Bundan başqa 35 kredit kartına sahib Z.Hacıyeva Londonun ən məşhur univermağı olan "Harrods"da külli miqdarda pul xərcləyib. Ancaq bir həftə ərzində o zinət əşyalarına, dizayner geyimlərinə və s. üçün  725 min funta yaxın pul xərcləyib.

Onun ərinin bank rəhbəri kimi illik maaşı isə 2008-ci 70650 dollar olub. Zamrənin öz gəlirləri yox idi.

Ancaq gəlirlərlə xərclər arasındakı böyük fərqə baxmayaraq bir dəstə vasitəçi -  mühasiblər, hüquqşunaslar, sərmayə müşavirləri və s mütəxəssislər onlara aktivlərini Britaniyaya köçürməyə kömək ediblər".

Daha sonra "Bloomberg" C.Hacıyevə çirkli pulları yumağa kömək edən şirkətlərdən də yazıb.  Məlumata görə, onların arasında "TridentTrust"və "WernerCapital" da olub. Onlar qolf klubu almaq üçün Normand adaları, Böyük Britaniyada hüquqi şəxs yaratamağa kömək edib". 

"Trident Trust"un London ofisinin rəhbəri də Z. Hacıyevanaın vəkilləri kimi "Bloomberg"in sorğusuna cavab verməyiblər. 

Xatırladaq ki, bir neçə gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevə dövlət ittihamçısı 17 il cəza istəyib.

Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ötən həftə İngiltərənin paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı "Harrods"da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. 

Yeddi il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində "Harrods" alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – "Mill Ride Golf Club"u almaq üçün 10 milyon funt (13.15 milyon dollar)xərcləyib.

Rəsmi məlumatlar cütlüyün "Harrods"un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) "Gulfstream G550 jet" təyyarəsini aldığını da ortaya çıxarıb.

Onun 400 min sterlinqdən çox dəyəri olan zinət əşyaları müsadirə edilib. Onların "Christie" auiksionunda satışa çıxarılması nəzərdə tutulub.