Tramp İtaliyalı nazir ilə TAP-dan danışdı

31 İyul, 2018 12:45 | İqtisadiyyat | Baxış sayı: 51
Görüş
Görüş

Görüş Vaşinqtonda baş tutub

ABŞ Prezidenti Donald Tramp Vaşinqtona səfər edən İtaliya Baş naziri Cüzeppe Konte ilə Trans Adriatik Boru Kəməri (TAP) layihəsini müzakirə edib. 

"Qeyd etdim ki, strateji vəzifə enerji resurslarının İtaliya və Cənubi Avropa ölkələrinə təchizatını təmin etməkdən ibarətdir".

Tramp isə ABŞ-ın alternativ variant təklif etməyə hazır olduğunu deyib. Avropada sıxılmış Amerika qazının qəbulu üçün 9-11 limanın tikilməsi məsələsini müzakirə etmişik". ABŞ prezidenti limaları saxlamaq üçün ödənişləri avropalıların emtəli olduğunu bildirib. 

Xatırladaq ki, daha əvvəl İtaliyanın ətraf mühit naziri, "Beş ulduz" populist hərəkatını təmsil edən Sercio Kosta TAP layihəsinin ətraf mühit üçün təhlükəli olduğunu və ölkə üçün heç bir əhəmiyyət daşımadığını bildirib.

Ancaq İtaliya hökumətinin nümayəndələri, eləcə də Prezident Sercio Matarella sonrakı şərhlərində dəfələrlə TAP layihəsinin ölkə üçün böyük əhəmiyyətə malik olduğunu bəyan ediblər.