Benzinin qiyməti bu gecə artacaq - RƏSMİ

31 İyul, 2017 17:22 | İqtisadiyyat | Baxış sayı: 4619

Türkiyədə topdan satış şirkətləri bu artımın elə də böyük olmadığını deyir

Türkiyədə benzin və mazutun qiyməti bu gecə yarısından etibarən 0.11(0,05 AZN) lirə artacaq.

İstiPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada 1 litri orta hesabla 5,12 lirədən satılan benzinin qiyməti 5,23 lirə İstanbulda 5,07 lirədən 5,18 lirəyə, İzmirdə 5,09 lirədən 5,20 lirəyə yüksələcək.

Topdan satış şirkətləri bu artımın elə də böyük olmadığını deyir.

Mazutun qiyməti isə Ankarada 4,48 lirədən 4,59 lirəyə, İstanbulda 4,44 lirədən 4,55 lirəyə, İzmirdə 4,47 lirədən 4,58 lirəyə qədər artacaq.

Xatırladaq ki, benzinin qiyməti sonuncu dəfə 5 iyulda 0.13 lirə (0,06 AZN) , mazut isə 6 iyulda 0.11 lirə (0,05 AZN) artmışdı.