Neft ucuzlaşır

31 May, 2019 09:44 | İqtisadiyyat | Baxış sayı: 32
Bakı - Tbilisi - Ceyhan neft kəməri
Bakı - Tbilisi - Ceyhan neft kəməri

Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,3 dollar/barel təşkil edib

Dünya bazarlarında neft qiymətlərində kəskin ucuzlaşma baş verib.

İstiPress-in məlumatına görə, “Brent” markalı neftin bir barreli ötən günlə müqayisədə ümumilikdə 3,70 dollara yaxın geriləyərək, 66,03 dollara düşüb.

 CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 29-da 71,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,27 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,58 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,19 dollar/barel azdır.