Azərbaycanın meqa layihəsi beynəlxalq mükafat aldı

31 May, 2019 10:03 | İqtisadiyyat | Baxış sayı: 32
TANAP-ın çəkilişi
TANAP-ın çəkilişi

Bu barədə konsorsiumun məlumatında bildirilir

Azərbaycan qazının Avropaya nəqli üçün çəkilmiş  TANAP layihəsi "Korporativ sosial məsuliyyət sahəsində uğurlar"ına görə "Davamlı inkişaf" kateqoriyasında (The International CSR Excellence Award) beynəlxalq mükafatına layiq görülüb. 

İstiPress-in məlumatına görə, bu barədə konsorsiumun məlumatında bildirilir.

Bildirildi ki, mükafat Sosial və Ətraf Mühit İnvestisiya Proqramı (SEİP) çərçivəsində maliyyələşdirilən investisiya və inkişaf layihələri üçün verilib.

Mükafat sosial xidmətlər sahəsində dünyanın ən uğurlu və nüfuzlu sosial məsuliyyət layihələrini qiymətləndirən müstəqil münsiflər heyəti tərəfindən təqdim edilib.