Leyla Əliyeva Xəzərlə bağlı mərasimdə - FOTO

31 May, 2018 19:38 | İqtisadiyyat | Baxış sayı: 123

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak edib.

İstiPress-in məlumatına görə, Həştərxanda səfərdə olan Leylə Əliyeva qubernator Aleksandr Jilkin və Azərbaycandan olan dövlət rəsmiləri ilə birlikdə Volqa çayının Xəzər dənizinə tökülən yerində kiçik nərə balıqlarının buraxılması mərasiminə qatılıb.

Qeyd edək ki, Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində Həştərxanda Balıq təsərrüfatı üzrə Xəzər Elmi Tədqiqat İnstitutu kiçik nərə balıqlarının Xəzər dənizinə buraxılmasını təşkil edir.