Neftimizdən acı xəbər

31 Mart, 2020 11:03 | İqtisadiyyat | Baxış sayı: 113
Neft
Neft

“Azeri Light” 19 dollara kimi düşüb

Dünya birjalarında neftin qiyməti bahalaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar artaraq 23,04 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,14 dollar bahalaşaraq 21,23 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti ucuzlaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,62 dollar ucuzlaşaraq 19,23 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.