15 dəqiqədə 13 milyard qazandı

31 Yanvar, 2020 08:50 | İqtisadiyyat | Baxış sayı: 103
Dollar
Dollar

Dünyanın ən varlı insanı sərvətinə sərvət qatıb

Dünyanın ən varlı adamı hesab edilən “Amazon” şirkətinin rəhbəri Ceff Bezos 15 dəqiqəyə sərvətini 13,2 milyard dollar artırıb. Buna səbəb isə onun şirkətinin səhmlərinin 12 faizə - 2,1 dollara qədər kəskin bahalaşaması olub. Qiymətin artması şirkətin müvəffəqiyyətli rüblük hesabatı ilə izah olunur.

Beləcə, “Amazon”un hesabatına əsasən, şirkətin gəliri 87,4 milyard dollar təşkil edib. Səhm üzrə gəlir – 6,47 dollar olub. Ekspertlər bunun 4,11 dollar olacağını gözləyirdilər.

İndi Bezosın varidatı 129,5 milyard dollara çatıb.