Neft dəyər itirməyə başladı

31 Yanvar, 2018 12:05 | İqtisadiyyat | Baxış sayı: 112
Neftçi
Neftçi

Qiymət 63 dollara kimi düşüb

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,51 dollar ucuzlaşaraq 70,30 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,58 dollar azalaraq 68,44 dollara enib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,60 dollar ucuzlaşaraq 63,90 dollar təşkil edib.