Benzin qərarının Fransaya vurduğu ziyan

30 Dekabr, 2018 16:38 | İqtisadiyyat | Baxış sayı: 79
Fransada aksiya
Fransada aksiya

Sığorta ödənişləri üçün 200 milyon avro lazımdır

Sığorta şirkətləri "sarı jiletlilər"in aksiyalarının Fransaya vurduqları ziyanı hesablayıblar. Şirkətlərin apardıqları hesablamalara görə, ancaq avtomobil sahibləri, restoran və mağaza işlədənlərin sığorta ödənişləri üçün 200 milyon avro lazımdır. Bu ancaq dəyən ziyana görə olan kompensasiyalardır. 

Xatırladaq ki, hələ dekabr ayının ortalarında Ticarət mərkəzləri milli şurası nümayişlər nəticəsində mərkəzlərin 2 milyard avro itirdiyini açıqlamışdı. Fransa bankı isə ölkədə ümumdaxili məhsul artım proqnozunu 0,4-dən 0,2 faizə kimi azaldıb. 

"Sarı jiletlilər" nümayişləri noyabrın 17-də yanacaq qiymətinin artımı haqqında qərara etiraz olaraq başlayıb. Uzun müddətli aksiyalardan sonra hökumət güzəştə getməyə razılaşıb. Hətta prezident Emanuel Makron xalqa müraciət edərək gələn ildən əmək haqqlarının 100 avro artacağını deyib. Lakin aksiya iştirakçıları sosial problemlərin həllini tələb edərək geri addım atmırlar.

Dekabrın 29-da yeddinci ümumxalq aksiyası baş tutub. Aksiyalar polislə toqquşmalarla müşayiət edilir.