Neft rekorda gedir

30 Dekabr, 2017 11:50 | İqtisadiyyat | Baxış sayı: 276
Neft
Neft

Qiymət 70 dollara yaxınlaşır

Dünya bazarında neftin qiyməti artmaqda davam edir. İnsPressa-nın məlumatına görə, "Brent" markalı neft isə 0,71 dollar və ya 1,07% bahalaşaraq 66,87 dollar/barelə bərabər olub.

WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,58 dollar qalxıb. İndi bu markadan olan "qara qızıl"ın bir barelinin dəyəri 60,42 dollardır. 

Bahalaşma Azərbaycan neftində də özünü göstərir. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 70 dollara yaxınlaşır. Xam neftimiz 0,40 dollar bahalaşaraq 68,59 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin ən aşağı qiyməti 2001-ci ildə qeydə alınmışdı - 19 dollar, 2008-ci ildə isə maksimal qiymət qeydə alınıb -  149 dollar.