TANAP-ın açılışı oldu, prezident çıxış edib YENİLƏNİB II, VİDEO

30 Noyabr, 2019 16:20 | İqtisadiyyat | Baxış sayı: 264
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

"Bir-birimizə güvənirik, qardaşlığımız günü-gündən böyüyür"

Azərbaycan prezidenti İlham Əliyev dəvət üçün  R.T.Ərdoğana təşəkkür edib. "Qardaş Türkiyə torpaqlarında olmaqdan məmnunam. Birlikdə başladığımız TANAP layihəsi Avropaya çatdı. Bu xəttin ömrü uzun olacaq, onun fayda verəcəyinə inanıram. Layihənin həyata keçməsi Türkiyə və Azərbaycanın siyasi iradəsinin nəticəsidir. Enerji layihələri qarşılıqsız dəstək olmazsa həyata keçirilə bilməz". 

Dövlət başçısı qeyd edib ki, bu gün dünyada Türkiyə ilə Azərbaycan qədər qədər yaxın olan başqa ölkə tanımır. "Bir-birimizə güvənirik. Qardaşlığımız günü-gündən böyüyür. Ortaq sərmayələr xalqların rifahını yüksəldir. 

Türkiyənin gücü bizim gücümüzdür. Yaşasın Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı".

İ.Əliyevdən sonra səhnəyə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxıb.

Saat 15:50

Türkiyənin Ədirnə vilayətində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilir. Açılış İpsala qəsəbəsində başlayıb. 

Prezident İlham Əliyev mərasimdə iştirak edir. Dövlət başçısı mərasimdə çıxış edib. 

Saat 10:44

Bu gün Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) ikinci hissəsinin açılış mərasimi olacaq. Mərasim Türkiyənin Ədirnə şəhərində reallaşacaq. Açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Azərbaycanın dövlət başçısı İlham Əliyev də iştirak edəcəyi gözlənilir. 

Bu barədə bir neçə gün öncə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz məlumat vermişdi. Gürcüstanın Baş Naziri Giorgi Qaxariya da açılışa qatılmaq üçün Türkiyəyə gedəcək. 

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir.

Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək

Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Əskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir.

TANAP
TANAP