Azərbaycan sərvəti bahalaşır, dünyada isə...

30 Oktyabr, 2019 11:30 | İqtisadiyyat | Baxış sayı: 57
Neft
Neft

“Azeri Light”ın qiyməti 66 dolları keçdi

Dünya birjalarında neftin qiyməti ucuzlaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar geriləyərək 61,38 dollara düşüb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 55,23 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti isə bahalaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,95 dollar artaraq 66,30 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.