Dünyanın ən böyük aeroportu Azərbaycana ən yaxın ölkədə açıldı FOTOLAR

30 Oktyabr, 2018 09:18 | İqtisadiyyat | Baxış sayı: 192
İstanbul hava limanı
İstanbul hava limanı

Hava limanından ilk xarici reys də Bakıya olacaq

Türkiyə dünyanın ən böyük hava limanı kimi təqdim edilən aeroportun açılışı baş tutub. Yeni hava limanına ilk olaraq prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi enib. Açılışa dünyanın dörd bir yanından dövlət və hökumət rəsmiləri də qatılıblar.

Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Qonaqlar arasında Pakistan, Qırğızıstan, Albaniya, Moldiova və s ölkələrin prezidentləri də olub. Ərdoğan rəsmilərlə yanaşı UFC 229 yarışlarında irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla da görüşüb. 

Yeni hava limanı İstanbul adlandırılacaq. Ərdoğan açılışda çıxışı zamanı deyib ki, bura tam istifadəyə veruildikdən sonra da Atatürk hava limanı ticari məqsədlərlə fəaliyyətə davam edəcək. Bundan başqa millət baxçası adı ilə insanların xidmətinə veriləcək.

Hələlik hava limanından əsasən daxili uçuşlar həyata keçiriləcək. İlk uçuş sabah Ankaraya olacaq. İlk xarici uçuşlar isə Şimali Kiprə və Azərbaycana (noyabrın 8-də) olacaq. 

Hava limanının büdcəsi 6 milyard avro olan ilk mərhələsinin tikintisi 4 il əvvəl başlayıb, burada 10 minədək fəhlə çalışıb. Sahəsi 76,5 milyon kvadrat metr olan hava limanının ilk mərhələdə illik gücü 90 milyon sərnişindir. Yekun variantda burada 6 uçuş zolağı, 500 təyyarəlik dayanacaq, 70 min avtomobil yerləşəcək açıq və qapalı parkinqlər fəaliyyət göstərəcək. İstanbul aeroportunun tikintisinin 2028-ci ilədək tamamlanması nəzərdə tutulur. Aeroport tam istifadəyə verildikdən sonra hər gün 2 min təyyarə qəbul edəcək və yola salacaq. 350 istiqamətə uçuşları həyata keçirəcək hava limanı dünyanın 250 aviaşirkətinə xidmət göstərəcək.