Neft görünməmiş dərəcədə bahalaşa bilər - İrana görə

30 Sentyabr, 2019 12:44 | İqtisadiyyat | Baxış sayı: 67
Şahzadə bin Salman
Şahzadə bin Salman

Səudiyyə şahzadəsi xəbərdarlıq edib

"Əgər İrana qarşı qəti tədbir görməsələr, neft indiyə qədər görünməmiş dərəcədə bahalaşacaq”. Bunu Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd ibn-Salman bildirib.

Onun sözlərinə görə, İrana qarşı sərt fəaliyyətə keçilməsə, neftin tədarükündə başıpozuqluq yaranacaq. "Qara qızıl"ın qiyməti isə təsəvvüredilməz dərəcədə artacaq.

Onun sözlərinə görə, Yaxın Şərq ölkələri dünyada neftə olan tələbatın 30%-ni, qlobal ticarət dövriyyəsinin 20%-ni və adambaşına düşən ümumi daxili məhsulun 4%-ni təmin edir. Burada pozuntu dünya iqtisadiyyatının kollapsına gətirib-çıxara bilər.