Neft yenə düşür

30 Avqust, 2019 12:10 | İqtisadiyyat | Baxış sayı: 31
Neft
Neft

"Qara qızıl" 56 dollara kimi ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar ucuzlaşaraq 60,87 dollara enib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,38 dollar azalaraq 56,33 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,07 ABŞ dolları və yaxud 0,11% ucuzlaşıb.  “Azeri Light” markalı neftin bir bareli 63,49 dollara təklif edilir.