Bakının Baş planı nə vaxt hazır olacaq?

30 Avqust, 2019 14:13 | İqtisadiyyat | Baxış sayı: 43
Bakı
Bakı

İlin sonunadək 3-cü fazaya başlanılacaq

Bakının Baş Planı ilə bağlı ilkin konsepsiya artıq hazırlanıb və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud bildirib.

Onun sözlərinə görə, bu, bütün işlərin ilkin fazasıdır: "Bakının 25 min və 10 min miqyasında xəritələri hazırlanmaqdadır. Burda nəqliyyat, mühəndis-kommunikasiya sistemləri və ətraf mühitin mühafizəsi məsələlərinə baxılır. İlin sonunadək 3-cü fazaya başlanılacaq. 2020-ci ilin oktyabr ayına qədər sonuncu faza, yəni, Baş Planın təsdiqləməsi gözlənilir".