ÜDM 2,7 faiz azalıb

30 İyul, 2020 13:58 | İqtisadiyyat | Baxış sayı: 39
Elman Rüstəmov
Elman Rüstəmov

“Ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edir. Monetar siyasət əsasən yumşaldılıb”.

İstiPress-in məlumatına görə, bunu Baş Bankir Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, iyunun sonundan pul bazası 3,6 faiz artıb: “Pul bazarında faizlərin azaldılması kreditləşmə siyasətinə zəmin yaradacaq. Biznesə inam indeksi iyun ayında neqativ zonada qalıb. Məcmu tələbin azalması fonunda qeyri-neft sektoru da nəzərə alınmaqla ÜDM 2,7 faiz azalıb. Loqistik zəncirdə daralmalar qiymətlərə artırıcı təsirlər göstərə bilər”.