Sabahdan bu rüsümlar artır

30 İyun, 2018 16:32 | İqtisadiyyat | Baxış sayı: 353
Azərbaycan manatı
Azərbaycan manatı

Şəxsi istehlak üçün gətirilən mobil cihazların qeydiyyatı da pullu olacaq

Sabahdan Azərbaycan prezidenti İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyin edilməsi barədə sərəncam qüvvəyə minir.

Dəyyişikliyə əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunacaq.

Həm də  hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, eləcə də mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Bundan başqa Azərbaycanda baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün yeni rüsumlar qüvvəyə minib. Qanuna əsasən, qida təhlükəsizliyi sertifikatının verilməsi üçün 20 manat dövlət rüsumu müəyyən edilib. Qida təhlükəsizliyi qeydiyyatının xüsusiyyətlərindən asılı olaraq 150 manat (ilk dəfə reyestrə daxil edilməyə görə), 50 manat ( reyestr məlumatlarında dəyişikliklərin qeydiyyatına görə) və 10 manat (reyestrdən çıxarışın dublikatının verilməsinə görə) rüsum müəyyən edilir.

Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması. Bu cür nişanın qoyulmasına görə heyvanların, heyvan mənşəli məhsulların və xammalın növləri və xüsusiyyətləri nəzərə alınmaqla 5 qəpikdən-5 manatadək miqdarda dövlət rüsumu müəyyən edilir.

Baytarlıq sertifikatının verilməsi üçün bir sənədə görə rüsum 5 manatdan 20 manata, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə (bir preparat) rüsum 50 manatdan 100 manata, pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün (bir sənəd) rüsum 50 manatdan 100 manata, idxal karantin icazəsinin verilməsi üçün (bir icazə) rüsum 3 manatdan manata, növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) görə rüsum 1 manatdan 10 manata, Bir poçt göndərişinə (dəst) görə rüsum 20 qəpikdən 2 manata qaldırılıb.