Kiçik bir rayonda 417 boş iş yeri üzə çıxdı

30 May, 2018 20:26 | İqtisadiyyat | Baxış sayı: 353

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xaçmazda əmək yarmarkası keçirib.

İstiPress-in şimal bürosuna Xaçmaz məşğulluq mərkəzinin direktoru Ülkər Teyyubova  məlumat verib ki, yarmarkada 30 müəssisə və təşkilat  iştirak edib.

Həmin təşkilatlardan 6-sı dövlət,12-si qeyri dövlət təşkilatı və 4-ü fiziki şəxs  olub. İşə götürənlər tərəfindən yarmarkaya 417 boş iş yeri çıxarılıb. Boş iş yerlərindən 102-si fəhlə, 208  qulluqçu və 108 -si isə xidmət sahələri üzrə olub.

Yarmarkada 400-dən çox sakin iştirak edib və 68 nəfərə göndəriş verilib. Yarmarkada təklif edilən iş yerlərində əmək haqqı minimum 130, maksimum isə 757 manat təşkil edib.

Rayonda işsiz təbəqənin qismən də olsa işlə təmin edilməsinə xidmət edən əmək yarmarkasını həyata keçirən məşğulluq mərkəzi  iş təkliflərinin ilboyu sakinlərə çatdırılmasında çox maraqlıdır və bu istiqamətdə işlər davam etdirilir.