İran Azərbaycanla birgə neft şirkəti yaratmaq istəyir

30 Aprel, 2018 11:00 | İqtisadiyyat | Baxış sayı: 86
Neft
Neft

Bu barədə iranlı nazir müavini bildirib

İran Azərbaycanla ortaq neft şirkəti yaratmaq niyyətindədir. Bunu İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmir Hüseyn Zamaniniya deyib.

Onun sözlərinə görə, şirkət iki ölkə arasında Xəzər dənizindəki mövcud blokların işlənməsinə dair imzalanan memoronduma əsasən təsis ediləcək. Sənəd İran prezidenti Həsən Ruhaninin bu ilin mart ayında Bakıya səfəri zamanı imzalanıb. 

"Hazırda biz bu məsələ üzərində çalışırıq", deyən nazir müavini razılaşmanın yaxın bir neçə gün ərzində qüvvəyə minəcəyini bildirib. 

O, həmçinin qeyd edib ki, ABŞ-ın İranla əldə edilən nüvə razılaşmasından çıxması ehtimalı belə Bakı ilə Tehran arasındakı  enerji məsəlləri sahəsindəki əlaqələrinə təsir etməyəcək. "Bu razılaşma İrana neft satmağa, neft və qaz layihələrini maliyyələşdirməyə imkan verəcək".