Neftin qiyməti 20 dollara düşdü

30 Mart, 2020 10:17 | İqtisadiyyat | Baxış sayı: 60
Neft
Neft

Həm "Brent", həm də "WTI" ucuzlaşıb

"Brent" markalı neftin qiyməti 7,92 faiz aşağı düşüb.

İstiPress-in məlumatına görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında iyun ayı üçün 7,92 faiz düşərək 23,1 dollar/barel təşkil edib.

"WTI" markalı neftin fyuçerslərinin qiyməti isə 6,12 faiz düşərək, 20,27 dollar/barel təşkil edib.