Avropa Putinin sürdüyü maşından almağa başladı VİDEO

29 Oktyabr, 2018 16:22 | İqtisadiyyat | Baxış sayı: 267
Vladimir Putin "Lada Vesta"nın təqdimatında
Vladimir Putin "Lada Vesta"nın təqdimatında

"Lada"nın iki modeli ən çox satılanlar siyahısına düşüb

Avropada ən çox satılan maşınların arasında bu il Rusiyanın avtomobil istehsalçısı olan "Lada"nın da məhsullarının adı düşüb. Ölkə prezidenti Vladimirt Putinin təqdimatını etdiyi "Vesta" və "Granta" modellərinə təlabat artıb. 

Araşdırma şirkəti olan "Focu2Move"un məlumatına görə, bu ilin 9 ayı ərzində Avropada 82 794 "Lada Vesta" satılıb. Ötən illə müqayisədə bu 46,5 faizlik artım deməkdir.

Bu satış sayəsində rus markası "Vesta" Avropada ən çox satılan maşınlar siyahısında 71-ci yerdən 49-a yüksəlib.

"Lada Granta" modeli isə 74 463 alıcı tapıb. Adıçəkilən modelin də reytinq siyahısında adı 55-ci sıraya yüksəlib. 

Xatırladaq ki, Rusiyanın dövlət başçısı adıçəkilən maşınlarla bir neçə il öncə tanış olub. V.Putin maşını şəxsən idarə etmişdi.