Neftdən üz güldürən xəbər

29 Sentyabr, 2018 11:55 | İqtisadiyyat | Baxış sayı: 75
Neftçi
Neftçi

Qiymət 85 dollara yaxınlaşır

Neftin dünya birjalarında bahalaşaması davam edir. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1 dollar artaraq 82,72 dollara çatıb. 

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,13 dollar bahalaşıb. Bu ma rkadan olan "qara qızıl" 73,25 dollara təklif edilir. 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,8 dollar artıb. İndi "Azeri LT CIF" markalı neftin qiyməti 84,78 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.