"iPhone"dan yubiley sürprizi

29 Avqust, 2017 08:28 | İqtisadiyyat | Baxış sayı: 114
"Apple" şirkəti
"Apple" şirkəti

Yeni smartfonlar gəlir

Hər ilin sentyabr ayında istifadəçilərini yenilikləri ilə sevindirən "Apple" ənənəsini bu ildə pozmayacaq. İstiPress-in məlumatına görə, şirkət "iPhone" smartfonlarının yeni modelinin təqdimatına hazırlaşır.

"The Wall Street Journal"ın öz mənbələrinə istinadla verdiyi məlumata görə, təqdimatda 3 məhsul, o cümlədən "iPhone"nin yubiley versiyası olacaq.

Hələlik yebiley buraxlışının adı dəqiqləşməyib. Amma onun iPhone 8 və ya "iPhone X","iPhone Anniversary Edition" adlandırılacağı istisna deyil. 

Digər iki smatrfon isə ehtimal ki, iPhone 7s və 7s Plus olacaq.