Ermənilərin çörək sınağı

29 Avqust, 2017 12:25 | İqtisadiyyat | Baxış sayı: 134
Çörək
Çörək

Sosial vəziyyəti ağır olan Ermənistan daha bir bahalaşmanın astanasındadır. Bu dəfə təhlükə çörəklə bağlıdır. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, yaxın günlərdə gündəlik istehlak səbətinin ən vacib hissəsi olan çörək 20 dram bahalaşacaq. Ya da onun çəkisi əhəmiyyətli dərəcədə azalmalı olacaq. 

Buna səbəb isə qida məhsullarının təhlükəsizlik xidməti rəhbərinin qərarıdır. İşxan Karapetyanın qərarına görə, sentyabrın 1-dən başlayaraq ət və un məmulatlarını daşıyan istehsalçılar mütləq qaydada sanitar pasporta sahib olmalıdırlar. Əks halda 300 min dramlıq cərimə olacaq. 

Bu pasportu almaq da elə asan deyil və maliyyə vəsaiti mütləqdir. Bir maşının ekspertizası 15 min, ölçüsündən asılı olaraq avadanlıqları quraşdırmaq isə 100 min dramdır. 

İstehsalçılar indi itkilərini ancaq bir yolla ödəyə biləcəkləri qənaətindədirlər - qiyməti artırmaqla.