“Fitch”: Neftin qiyməti artacaq

29 İyul, 2020 14:51 | İqtisadiyyat | Baxış sayı: 30
Neft tankeri
Neft tankeri

“Brent” markalı neftin qiyməti gələn ilədək 45 ABŞ dolları ətrafında, 2022-ci ildə 53 dollar, sonrakı dövrdə isə 55 dollar səviyyəsində olacaq.

İstiPress-in məlumatına görə, “Fitch Ratings” agentliyinin bazarın gələcək inkişafına dair araşdırmasına görə “WTI” markalı neft “Brent”ə nisbətən 3 dollaradək ucuz satılacaq.

Neftin bahalaşmasının isə daha çox OPEC+ çərçivəsində hasilatın ixtisarı nəticəsində baş verəcəyi qeyd olunur.

“Bizim gümanımıza görə OPEC+ hasilatın böyük qalığına, yaxud kəsirinə yol verməmək üçün 2020-ci ilin aprel ayında əldə edilmiş və iki ilə nəzərdə tutulan razılaşmanı vaxtaşırı dəyişdirəcək. Bu da neft qiymətlərinin tədricən əvvəlki səviyyəyə qayıdacağına dair gözləntilərimizə uyğundur”, – sənəddə deyilir.