İrəvanda təmizləmə əməliyyatı

29 İyul, 2017 11:43 | İqtisadiyyat | Baxış sayı: 92
Çörək
Çörək

İndi çörəyi və əti ancaq xüsusi maşınlarda daşımağa icazə veriləcək

Bu ilin noyabr ayının 1-dən Ermənistanda, daha doğrusu ancaq paytaxt İrəvanda ət və çörəyin çirkli, natəmiz maşınlarda daşınması qadağan ediləcək. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, kənd təsərrüfatı nazirliyinin keyfiyyətə nəzarət və ərzaq təhlükəsizliyi xidmətinin rəhbəri Vaqe Danielyan deyib. 

Bir neçə aydan sonra un məmulatları və ət məhsulları xüsusi avadanlıqla təhciz edilmiş maşınlarda daşımaq mümkün olacaq. 

Erməni məmurun sözlərinə görə, onlar üçün əsas istehlakçının təhlükəsizliyidir.

Maraqlıdır ki, ermənilərin yeni qanunları ancaq paytaxt üçün keçərlidir. Bəs görəsən ölkənin başqa şəhər və kəndlərində yaşayan insanların təhlükəsizlikləri önəmli deyil? Paytaxtdan kənarda, kənd və rayonlarda alan azsayda əhali isə görünür ki, məmurlar üçün o qədər də maraqlı deyil. 

Bu təmizliyin insanların cibinə, ət və çörəyin bahalaşmasına nə qədər təsir edəcəyi isə həllə bəlli deyil.