Azərbaycanda aztəminatlı gənclərə yaşayış sahələri veriləcək

29 İyun, 2020 15:13 | İqtisadiyyat | Baxış sayı: 118
Mənzil
Mənzil

Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

İstiPress-in məlumatına görə, qanuna əsasən, sosial kirayə müqavilələri əsasında bu məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.