Rusiya ilə sərhəddə böyük növbə yaranıb

29 May, 2020 17:35 | İqtisadiyyat | Baxış sayı: 86
Samur sərhəd keçid məntəqəsi
Samur sərhəd keçid məntəqəsi

Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.

İstiPress-in şimal bürosunun verdiyi məlumata görə, hazırda ərazidə 500 yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir.  

Samur gömrük-keçid məntəqəsindən bildirilib ki, yaranan növbələr mövsümi xarakter daşıyır. Hazırda gün ərzində 250-300 maşın Rusiyaya keçir və hər hansı texniki problem yoxdur.

Samur gömrük-keçid məntəqəsindən həmçinin bildirilib ki, əgər Rusiya tərəfi bu sayı artırsa Azərbaycan tərəfi də bu sayı artıra  bilər.