AZAL virusa görə təyyarələrə məhdudiyyət qoydu

29 Fevral, 2020 15:13 | İqtisadiyyat | Baxış sayı: 142
AZAL təyyarəsi
AZAL təyyarəsi

Tehrandan gələn təyyarələrə ancaq Azərbayacan vətəndaşları buraxılacaq

Mövcud epidemioloji vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC İranadan olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir.

Qurumdan verilən məlumata görə, fevralın 29-dan etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq.

"Yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi - callcenter@butaairways.az ilə əlaqə saxlaya bilər.

Əvvəl də qeyd edildiyi kimi, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmiş, bu istiqamətdə əlavə tədbirlər görülüb".