Neft yenidən sevindirməyə başladı

29 Yanvar, 2020 10:10 | İqtisadiyyat | Baxış sayı: 58
Neft buruğu
Neft buruğu

3 aylıq minimumdan sonra qiymətdə cüzi artım başlayıb

Son bir necə gündə dünya birjalarında “qara qızıl”ın qiyməti son 3 ayın minimum səviyyəsinə düşüb.

Lakin son bir gündə neftin qiymətində cüzi bahalaşma qeydə alınıb.  “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 59,22 dollara təklif edilir. Bu isə 0,22 dollar və ya 0,37% artım deməkdir. 

“Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 53,5 dollara satılır.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,09 ABŞ dolları və yaxud 1,73% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,95 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.