Paşinyanın qaz borusu arzulayır

29 Yanvar, 2019 13:32 | İqtisadiyyat | Baxış sayı: 119
Paşinyan
Paşinyan

"Hər hansı tranzit boru kəmərinin Ermənistandan keçməsində maraqlıyıq"

"Ermənistan öz ərazisində tranzit qaz kəmərinin keçməsində maraqlıdır. O cümlədən Rusiyadan". İstiPress-in məlumatına görə, bunu RBK-ya açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

O, Rusiyadan enerji asılılğından qurtulmaq baxımından “Şimal axını-2” kimi layihələri təhlükəli görən ölkələrlə həmrəy olub-olmadıqları" barədə suala cavab verib.

"Təəssüf ki, Ermənistanda "Şimal axını -2" layihəsi yoxdur. Biz ölkəmizdə A nöqtəsindən B nöqtəsinə qaz və ya neft nəql edən hər hansı tranzit boru kəmərinin inşaasında maraqlıyıq".