Bu da Türkiyənin ilk milli maşını FOTO

28 Dekabr, 2019 09:27 | İqtisadiyyat | Baxış sayı: 360
Türkiyənin istehsal etdiyi ilk yerli maşın
Türkiyənin istehsal etdiyi ilk yerli maşın

Yerli avtomobilin ilk sifarişçisi prezident olub

Türkiyə öz milli avtomobilini təqdim etdi. Təqdimatda biri SUV, digəri sedan olmaqla iki maşın nümayiş edilib. 

Uzun müddət davam edən işdən sonra ərsəyə gələn maşını prezident Rəcəb Tayyib Ərdoğan tanıdıb. "Bu maşın yerli və millidir. Biz Türkiyənin maşınını elektriklə istehsal edərək keçmiş və ya bu günə deyil, gələcəyin texnologiyasına uzanırıq. Ancaq öz təlabatımız üçün deyil. Qlobal bir marka olmaq istəyirik".  

Təqdimatda maşının üzərinə yazılan "Made in Turkey" (Türkiyə istehsalı) ifadəsi isə prezidentin xoşuna gəlməyib. O bu yazını "Made in Türkiye"yə dəyişdirilməsi barədə tapşırıq verib.

Avtomobilin ilk sifarişçisi də məhz prezident olub.