Paytaxtdan köçənlərə 45 min pul veriləcək

28 Noyabr, 2018 10:30 | İqtisadiyyat | Baxış sayı: 480
Tokio
Tokio

Məqsəd paytaxtdakı əhali sayını azaltmaqdır

Yaponiya son 20 ildə paytaxta doğru başlayan böyük köçün qarşısını almaq üçün addımlar atmağa hazırlaşır. Bu yolla onlar Tokiodakı əhali balansını təmin etmək niyyətindədirlər. 

Paytaxtdan regionlara köçənlərə dövlət maddi yardım edəcək. Hökumət Tokiodan köçmək istəyənlər üçün təqribən 45 min manatlıq yardım paketi təklif etməyə hazırlaşır. 

Köç dəstəyi şəhərin 23 nöqtəsində yaşayan, başqa bir bölgədə işə başlayacaq və ya iş quracaq şəxslərə ediləcək. Bundan başqa onların köç, yerləşmə kimi xərcləri də ödəniləcək. 

Bu ilin sentyabr ayında aparılan hesablamalara görə, Tokioda 39 milyona yaxın insan yaşayır. Onlardan 13 milyonu isə paytaxtın mərkəzində məskunlaşıb.