Fərhad Əhmədov arvadından 50 milyon funt sterlinq tələb edir

28 Oktyabr, 2019 13:44 | İqtisadiyyat | Baxış sayı: 88
Fərhad Əhmədov
Fərhad Əhmədov

450 milyon funt-sterlinqlik məhkəmə işində yeni səhifə

Rusiayada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov "Luna" adlı yaxtasını Dubay limanında qanunsuz saxladıqlarına görə keçmiş arvadı Tatyana Əhmədovaya və onun tərəfindən məhkəmə prosesini maliyyələşdirən "Burford Capital" Məhkəmə-İnvestisiya Fonduna qarşı 50 milyon funt sterlinq (64 milyon dollar) məbləğində iddia qaldırıb. 

İstiPress "Daily Mail"ə istinadən bildirir ki, bir həftə əvvəl İngiltərə və Rusiya mediası Əhmədovanın "qələbəsini" müzakirə etsə də, keçmiş əri Fərhad Əhmədovun İngiltərədə heç bir aktivi olmadığı ortaya çıxdı, "Burford" kollektorlarının yaxtanı həbs etmək cəhdi isə onların özlərinə qarşı iddiaya səbəb oldu.

Britaniya məhkəməsi F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədovaya sərvətindən 450 milyon funt-sterlinq ödəməsi ilə bağlı qərar çıxarıb, biznesmen isə keçmiş xanımının yalnız 5 milyon funt-sterliq köçürüb.